Türkiyədə dəhşətli qəza: 7 nəfər öldü

Türkiyədə dəhşətli qəza: 7 nəfər öldü Dünya

Türkiyənin Qaziantep vilayətinin Nurdağı rayonunda avtobusun avtomobillə toqquşması nəticəsində 7 nəfər həlak olub, xeyli sayda insan yaralanıb.

News24.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Bildirilib ki, qəza Qaziantep-Osmaniyye magistralında baş verib.

Qəzanın səbəbləri bəlli deyil, araşdırma aparılır.