Türkiyədə deputatın toxunulmazlığının ləğvi tələb edilir

Türkiyədə deputatın toxunulmazlığının ləğvi tələb edilir Dünya

İstanbul Respublika Baş Prokurorluğu Mustafa Sarıgüllə bağlı cinayətkar qruplaşmaya dair apardığı istintaq çərçivəsində adları hallanan Özgür Özel, Veli Ağbaba, Umut Akdoğan, Burhanettin Bulut və Gökan Zeybekin deputat toxunulmazlığının ləğv edilməsi tələbi ilə Ankara Respublika Baş Prokurorluğuna müraciət ünvanlayıb.

News24.az "TRT Haber"ə istinadən xəbər verir ki, istintaq çərçivəsində Yeni Partiyanın (YP) sədri Özgür Özel və partiyanın deputatları Vəli Ağbaba, Umut Akdoğan, Burhanettin Bulut və Gökan Zeybek barəsində deputat toxunulmazlığının ləğvinə dair təqdimat hazırlanmasına əsas ola biləcək iddialar müəyyən edilib.

Qeyd edək ki, İstanbul Respublika Baş Prokurorluğunun başlatdığı istintaq ölkə daxilində və xaricdə yaradılmış şirkətlər vasitəsilə mənbəyi məlum olmayan külli miqdarda vəsaitin yuyulması, həmin vəsaitin investisiya müqavilələrinə uyğun istifadə edilməməsi və cinayət yolu ilə əldə edilmiş gəlirlərə qanuni don geyindirilməsi iddiaları ilə bağlıdır.

Bundan əvvəl istintaq çərçivəsində Mustafa Sarıgülün deputat toxunulmazlığının ləğv edilməsi ilə bağlı tələb Ədliyyə Nazirliyinə təqdim olunub.