Türkiyədə Dünya Kuboku finalı öncəsi əməliyyat: Minlərlə bank hesabı bloklandı

Türkiyədə Dünya Kuboku finalı öncəsi əməliyyat: Minlərlə bank hesabı bloklandı Dünya

Türkiyənin ədliyyə naziri Akın Gürlek FIFA Dünya Kubokunun final oyunu öncəsi qanunsuz mərcə qarşı genişmiqyaslı əməliyyat keçirildiyini açıqlayıb.

News24.az xəbər verir ki, nazirin sözlərinə görə, İstanbul Baş Prokurorluğunun Qanunsuz Mərc və İdman Cinayətləri Araşdırma Bürosu tərəfindən aparılan araşdırma nəticəsində qanunsuz mərc fəaliyyətində istifadə olunan 6 314 bank hesabı müəyyən edilib. Final oyununun başlaması ilə eyni vaxtda həmin hesabların bloklanması üçün banklara göstəriş göndərilib.

Akın Gürlek bildirib ki, araşdırma zamanı qanunsuz mərc saytları ilə əlaqəli olduğu müəyyən edilən 19 xarici maliyyə qurumu da aşkar olunub. Bununla yanaşı, 23 şübhəlinin saxlanılması üçün məhkəmə prosesi başladılıb.

Nazir əməliyyatda iştirak edən İstanbul Baş Prokurorluğuna, İstanbul Vilayət Təhlükəsizlik İdarəsinə və digər dövlət qurumlarına təşəkkür edib.

O vurğulayıb ki, hökumət qanunsuz mərc, virtual qumar və cinayət yolu ilə əldə edilən gəlirlərlə mübarizəni qətiyyətlə davam etdirəcək və gənclərin, ailələrin, eləcə də cəmiyyətin təhlükəsizliyini təhdid edən bu fəaliyyətlərə qarşı mübarizədən geri çəkilməyəcək.