Türkiyədə əməliyyat: Bir milyard lirəd müsadirə edildi - Foto

Türkiyədə əməliyyat: Bir milyard lirəd müsadirə edildi - Foto Dünya

Türkiyədə Ankara prokurorluğunun rəhbərliyi altında "Vanlı Kara Haydar" kimi tanınan Mehmet Fatih Tançalana qarşı "cinayət yolu ilə əldə edilmiş əmlakın yuyulması" maddəsi üzrə başladılan istintaq davam edir.

News24.az xəbər verir ki, bu barədə "TRT Haber"ə yerli hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, bundan əvvəl İstanbulda iki avtomobildə 16 milyon 440 min avro və 700 min dolların aşkarlandığı istintaq çərçivəsində, həbsdə olan Hakkı Doğanın ifadəsində qeyd etdiyi Antalyadakı bir obyektdə axtarış həyata keçirilib. Qeyd olunan iş yerində aparılan axtarış zamanı 1 milyard 541 milyon 395 min lirə məbləğində pul müsadirə olunub. Ələ keçirilən vəsaitin mənbəyinin, saxta olub-olmamasının və cinayət işi ilə əlaqəsinin müəyyənləşdirilməsi üçün ekspertizaların davam etdiyi bildirilir.

Nəticədə, əməliyyatlar zamanı müsadirə edilən vəsaitlərin elan edilmiş lirə ekvivalenti əsasında hesablanan nominal ümumi məbləği təxminən 2 milyard 475 milyon lirəyə çatıb.

Aşkar edilmiş xarici valyutanın bir qisminin saxta olmasına dair daxil olan məlumatlar əsasında əlavə araşdırmalara başlanılıb.

Qeyd edək ki, Mehmet Fatih Tançalanın idarə etdiyi ehtimal olunan cinayətkar qruplaşmaya qarşı oktyabrın 6-da Ankara mərkəzli olmaqla 5 müxtəlif vilayətdə eyni vaxtda əməliyyat keçirilib. Əməliyyat tədbirləri nəticəsində 10 şübhəli şəxs saxlanılıb, istintaqın miqyası genişləndirilərək Tançalanın ətrafında olduğu düşünülən şəxslərin pul dövriyyəsi və mümkün əlaqələri də araşdırmaya cəlb edilib.

İstintaq çərçivəsində oktyabrın 9-da məhkəməyə çıxarılan 8 şübhəli barəsində həbs qətimkan tədbiri seçilib, biri haqqında isə məhkəmə nəzarəti tətbiq olunması barədə qərar çıxarılıb.

İş üzrə Çağla Öz Tançalan, Muhammet Sait Tançalan və Emine Çakanerin də aralarında olduğu digər şübhəli şəxslərlə bağlı təhqiqatların davam etdiyi qeyd olunub. Əvvəllər həbs edilmiş Hakkı Doğan da daxil olmaqla, bu istintaq çərçivəsində həbs olunan şübhəlilərin sayı 9 nəfərə çatıb.