Türkiyədə güclü meşə yanğını - İnsanlar təxliyə edilir

Türkiyədə güclü meşə yanğını - İnsanlar təxliyə edilir Dünya

Türkiyənin Muğla vilayətində meşə yanğınları başlayıb.

News24.az xəbər verir ki, vilayətin Seydikemer rayonunda qeydə alınan meşə yanğını səbəbindən bölgədə həyəcan siqnalı verilib.

Yanğın səbəbindən Fethiye-Antalya magistral yolu nəqliyyatın hərəkəti üçün tamamilə bağlanıb.

Hazırda təhlükəsizlik tədbirləri çərçivəsində Seydikemer Dövlət Xəstəxanası boşaldılır.

Təhlükəli zonalarda yerləşən 43 təsərrüfatdan 65 nəfər sakin təhlükəsiz ərazilərə köçürülüb.

Yanğının qarşısını almaq üçün havadan və qurudan müdaxilə olunur.

Əraziyə 373 nəfər şəxsi heyət, 5 təyyarə, 12 helikopter və çoxlu sayda yanğınsöndürən texnika cəlb edilib.

Türkiyədə güclü meşə yanğını - İnsanlar təxliyə edilir Türkiyədə güclü meşə yanğını - İnsanlar təxliyə edilir Türkiyədə güclü meşə yanğını - İnsanlar təxliyə edilir Türkiyədə güclü meşə yanğını - İnsanlar təxliyə edilir Türkiyədə güclü meşə yanğını - İnsanlar təxliyə edilir