Türkiyədə güclü zəlzələ oldu
Dünya
Türkiyənin Ardahan vilayətində 4,1 bal gücündə zəlzələ baş verib.
News24.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ yerli vaxtla saat 07:07-də Ardahanın Posof rayonunda qeydə alınıb.
Zəlzələnin ocağı 7 kilometr dərinlikdə yerləşib. /Haber Global/