Türkiyədə güclü zəlzələ oldu
Dünya
Türkiyənin Ərzurum vilayətində zəlzələ qeydə alınıb.
News24.az xəbər verir ki, zəlzələ yerli vaxtla saat 06:01-də baş verib.
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına əsasən, yeraltı təkanın maqnitudası 3,6 olub.
Zəlzələnin ocağı yerin təxminən 7 kilometr dərinliyində yerləşib.
İlkin məlumatlara görə, zəlzələ nəticəsində hər hansı dağıntı qeydə alınmayıb.