Türkiyədə hərbi helikopter qəzaya uğradı

Türkiyədə hərbi helikopter qəzaya uğradı Dünya

Türkiyənin Ankara vilayətində CH-47 tipli ağır nəqliyyat vertolyotu qəzaya uğrayıb. Hadisə təlim uçuşları zamanı baş verib. 

News24.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, ekipaj üzvlərinin vəziyyəti yaxşıdır.

Qəzanın səbəbi barədə dəqiq məlumat verilməyib.