Türkiyədə iki voleybolçu zəlzələ qurbanı oldu

Türkiyədə iki voleybolçu zəlzələ qurbanı oldu Dünya
Malatya Böyükşəhər Bələdiyyəsində çıxış edən Türkiyə millisinin voleybolçuları Mehmet Can Ağırbaş və Emincan Kocabaş zəlzələnin növbəti qurbanları olublar. Onların dağıntılar altından cansız bədənləri çıxarılıb. 

News24.az xəbər verir ki, bu barədə Türkiyə Voleybol Federasiyası məlumat yayıb.