Türkiyədə liseyə silahlı hücum - Yaralananlar var

Türkiyədə liseyə silahlı hücum - Yaralananlar var Dünya

Türkiyədə liseyə silahlı hücum olub.

News24.az xəbər verir ki, hadisə Manisa şəhərində baş verib.

İlkin məlumata görə, hücum nəticəsində 4 şagird yaralanıb.

Silahlı hücumdan sonra hadisə yerinə çox sayda polis əməkdaşı və təcili tibbi yardım briqadası göndərilib.

Hücumdan sonra məktəbin qarşısında böyük izdiham yaranıb.