Türkiyədə meşə yanğınları ilə bağlı 6 nəfər həbs edilibildi

Türkiyədə meşə yanğınları ilə bağlı 6 nəfər həbs edilibildi Dünya

Türkiyədə iyunun 1-dən bəri 16 vilayətdə baş verən 44 meşə yanğını ilə bağlı aparılan istintaq çərçivəsində 29 şübhəli müəyyən edilib, onlardan 6-sı həbs olunub.

News24.az xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Akın Gürlek X sosial şəbəkə hesabında məlumat yayıb.

Nazirin sözlərinə görə, daha 9 nəfər barəsində məhkəmə nəzarəti qətimkan tədbiri seçilib, 6 şübhəli isə saxlanılıb və onlarla bağlı prosessual hərəkətlər davam etdirilir.