Türkiyədə meşə yanğınları - Temperatur 441 dərəcəyə çatdı
Dünya
Türkiyənin Aydın vilayətinin Çinə rayonunda baş verən meşə yanğınının episentrində temperatur 441 dərəcəyə çatıb.
News24.az xəbər verir ki, bu barədə ölkənin kənd təsərrüfatı və meşə təsərrüfatı naziri İbrahim Yumaklı məlumat verib.
Nazirin sözlərinə görə, Çinə rayonunda yanğının tam söndürülməsinə qədər havadan və qurudan fasiləsiz mübarizə davam etdiriləcək.
Küləyin istiqamətinin daim dəyişməsi isə yanğınsöndürənlərin işini çətinləşdirir.
Çinə rayonunda yanğının söndürülməsinə 9 helikopter, 3 təyyarə, 42 yanğınsöndürmə avtomobili, 9 su maşını və 4 buldozer cəlb olunub.
Yanğın nəticəsində 5 evə ziyan dəyib, ehtiyat tədbiri olaraq daha 30 yaşayış evi boşaldılıb.
Həmçinin 4 yaşayış məntəqəsindən kənd təsərrüfatı heyvanları təxliyə edilib.