Türkiyədə narkotik vasitələrin dövriyyəsinə qarşı əməliyyatlarda 31 nəfər saxlanıldı
Dünya
Türkiyənin paytaxtı Ankara şəhərində və 14 vilayətdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar nəticəsində 31 şübhəli saxlanılıb.
News24.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Ankara Baş Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, Ankara Jandarm Komandanlığı və Narkotik Cinayətlərlə Mübarizə Şöbəsinin apardığı araşdırmalar nəticəsində 33 nəfərin narkotik vasitələrin qanunsuz dövriyyəsi, şəxsi istifadə məqsədilə narkotik maddələrin əldə edilməsi və saxlanılması, eləcə də müvafiq qanunvericiliyin pozulmasında şübhəli bilindiyi müəyyən edilib: "Digər iki nəfərin tutulması istiqamətində tədbirlərin davam etdirilir".
Əməliyyatlar zamanı ümumilikdə 1 027 qram sintetik narkotik vasitə, 2 235 qram marixuana, 2 320 qram skank adlı narkotik maddə, 1 305 ədəd sintetik dərman, 127 ədəd ekstazi həbi, 47 ədəd çətənə bitkisi, 7 qram sintetik kannabinoid xammalı və 2 qram kokain aşkarlanıb.
Bundan başqa, 20 qram çətənə toxumu, 3 ədəd qanunsuz tapança, 2 ədəd səs patronu ilə işləyən tapança, 3 ədəd qanunsuz ov tüfəngi və 347 ədəd 9 mm-lik tapança patronu götürülüb.
Axtarışlar zamanı 25 700 Türkiyə lirəsi (təxminən 520 dollar) aşkar edilərək müsadirə olunub.