Türkiyədə qurban kəsimlərində 13 mindən çox insan xəsarət aldı

Türkiyədə qurban kəsimlərində 13 mindən çox insan xəsarət aldı Dünya

Türkiyədə Qurban bayramının ilk günü 13 mindən çox insan xəsarət alıb.

News24.az xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu açıqlayıb.

O bildirib ki, Qurban bayramının ilk günündə kəsim zamanı baş verən xəsarətlər səbəbindən tibb müəssisələrinə ümumilikdə 13 min 513 nəfər müraciət edib.

Nazir vətəndaşları kəsim prosesində diqqətli olmağa çağırıb. (Qafqazinfo)