Dağıntılar altından 18 yaşlı qız sağ çıxarıldı, valideynləri axtarılır - Foto - Yeniləndi
Dünya
Türkiyənin Kocaeli şəhərinin Gəbzə rayonunda çökən 7 mərtəbəli binanın dağıntıları altından iki uşağın meyiti tapılıb.
News24.az xəbər verir ki, binada 5 nəfərlik ailə yaşayırmış və hazırda qalan 3 nəfərin xilas edilməsi istiqamətində axtarış-xilasetmə əməliyyatları davam edir.
Rəsmilərin məlumatına görə, bina səhər saat 07:15 radələrində çöküb. Ərazidə metro tikintisi aparıldığı bildirilir. Hadisənin səbəbləri araşdırılır.
16:21
Türkiyənin Kocaeli şəhərinin Gəbzə rayonunda çökən 7 mərtəbəli binanın dağıntıları altından bir nəfər sağ çıxarılıb.
News24.az xəbər verir ki, 7 mərtəbəli binanın dağıntıları altından sağ çıxarılan şəxs 18 yaşlı Dilara Bilirdir.
Dilara Bilirin anası və atası üçün axtarışlar hələ də davam etdirilir.