Türkiyədə zəlzələ nəticəsində dəyən ziyanın 34 milyard dolları keçəcəyi gözlənilir

Türkiyədə zəlzələ nəticəsində dəyən ziyanın 34 milyard dolları keçəcəyi gözlənilir Dünya
Dünya Bankı zəlzələnin ölkə iqtisadiyyatına təsiri ilə bağlı araşdırma aparıb.

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, dünya Bankının dərc etdiyi sürətli zərərin qiymətləndirilməsi hesabatına görə, fevralın 6-da baş verən iki böyük zəlzələ Türkiyədə təxminən 34,2 milyard dollar fiziki ziyan vurub. Bu da 2021-ci ildə ölkənin ÜDM-nin 4 faizini təşkil edir.

Hesabatda bərpa və yenidənqurma xərclərinin daha yüksək olacağını, bu miqdarın dəyən ziyandan 2 dəfə çox olacağını da bildirib. 

Qumral Əliyeva