Türkiyədə zəncirvari qəza: 17 nəfər xəsarət aldı
Dünya
Türkiyənin Antalya şəhərində tur avtobusu, yük maşını və minik avtomobilinin toqquşması nəticəsində 17 nəfər yaralanıb.
News24.az "Haber Global"a istinadən xəbər verir ki, hadisə yerinə təcili tibbi yardım, yanğınsöndürən, jandarm və polis əməkdaşları cəlb olunub.
Yaralılara hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.