Türkiyədəki silahlı hücumla bağlı yayım qadağası

Türkiyədəki silahlı hücumla bağlı yayım qadağası Dünya

Kahramanmaraşda məktəbdə baş verən silahlı hücumla bağlı yayım qadağası tətbiq olunub.

News24.az xəbər verir ki, bu barədə Türkiyənin Radio və Televiziya Üst Qurumu (RTÜK) məlumat yayıb. Bildirilib ki, qərar hadisə ilə bağlı aparılan istintaqın gedişinə zərər verməmək məqsədilə qəbul edilib.

Məlumata görə, yayım qadağası Kahramanmaraş 2-ci Sülh Cəza Hakimliyinin qərarı əsasında tətbiq olunub və media qurumlarına qərara əməl etmələri barədə xəbərdarlıq edilib.

Nilufər