Türkiyədən Rusiyaya meyvə-tərəvəz daşıyan gəmiyə hücum oldu – YENİLƏNDİ
Dünya
Hücuma məruz qalan "Nadezhda" gəmisindəki 23 dənizçi Rusiya limanına təxliyə olunub.
News24.az xəbər verir ki, bu barədə Türkiyə Nəqliyyat Nazirliyi məlumat yayıb.
***22:19
Türkiyənin Samsun limanından Rusiyanın Novorossiysk şəhərinə meyvə-tərəvəz daşıyan, Kamerun bayrağı altında üzən "Nadezhda" yük gəmisi Qara dənizdə Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.
News24.az xəbər verir ki, bu barədə "Cumhuriyet" qəzeti məlumat yayıb.
Məlumata görə, hadisə yerli vaxtla saat 16:30 radələrində Novorossiyskdən təxminən 30 dəniz mili məsafədə baş verib. Gəminin kapitanı Yalçın Şahinin sözlərinə görə, hücum zamanı 6-7 Ukrayna pilotsuz uçuş aparatı istifadə olunub. Zərbələr nəticəsində gəmidə yanğın başlayıb.
Hücum nəticəsində 4 dənizçi yaralanıb. Onlardan 3-ü Türkiyə vətəndaşıdır.
Qeyd edək ki, 118 metr uzunluğunda olan "Nadezhda" Ro-Ro tipli yük gəmisi 1978-ci ildə Danimarkada inşa edilib. Açıq mənbələrdə yer alan məlumata əsasən, gəmi Nadezhda Roro Inc şirkətinə məxsusdur, onun əməliyyat və texniki idarəçiliyini isə Türkiyənin Kalyoncu Ro Ro Denizcilik şirkəti həyata keçirir.