Türkiyədən ŞOK addım – Netanyahunun həbsinə order verildi
Dünya
İstanbul Baş Prokurorluğu İsrailin Baş naziri Benyamin Netanyahunun həbsinə order verib.
News24.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Bildirilir ki, Netanyahu ilə yanaşı, daha 37 İsrail rəsmisinin də “Qəzza zolağında soyqırımı”nda ittiham edərək həbsinə order verilib.
İsrailin müdafiə naziri İsrael Katz, milli təhlükəsizlik naziri İtamar Ben Qvir, Baş Qərargah rəisi Eyal Zamir və Hərbi Dəniz Qüvvələrinin komandanı David Saar Salama da orderlər şamil olub.