Türkiyəli jurnalist həbs edildi
Dünya
Türkiyəli jurnalist Ali Tarakcı sosial media hesabında paylaşdığı saxta məlumata görə həbs edilib.
News24.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Məlumata görə, Ankara Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsində A. Tarakcı barəsində Türkiyə Cinayət Məcəlləsinin "yanıldıcı məlumatı açıq şəkildə yaymaq" ittihamı üzrə hüquqi prosedur başladılıb.
Məhkəmənin qərarı ilə A. Tarakcı barəsində həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, sentyabrın 24-də Türkiyənin bəzi yerli media qurumlarında ölkənin xəzinə və maliyyə naziri Mehmet Şimşəyin istefa verdiyinə dair məlumat paylaşılmışdı. (Report)