Türkiyəli məşhur aktyor saxlanıldı
Dünya
Ankarada Cümhuriyyət Xalq Partiyası (CHP) tərəfindən idarə olunan Etimesqut bələdiyyəsində aparılan korrupsiya istintaqı çərçivəsində polis səhər saatlarında əməliyyat keçirib.
News24.az xəbər verir ki, Etimesqut bələdiyyəsinin sədri Erdal Beşikçioğlu da daxil olmaqla ümumilikdə 55 nəfər saxlanılıb.
Bildirilir ki, şübhəlilərlə bağlı polis idarəsində prosessual tədbirlər davam etdirilir.
Məlumata görə, istintaq bələdiyyədə keçirilən bəzi tenderlər və bələdiyyənin fəaliyyəti ilə bağlı qanun pozuntuları iddiaları əsasında başlanıb.
Şübhəlilər barəsində tenderə müdaxilə etmə, rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə, cinayət törətmək məqsədilə təşkilat yaratma və belə təşkilata üzv olma maddələri üzrə araşdırma aparılır.
Əməliyyatla bağlı istintaq çoxşaxəli şəkildə davam etdirilir.