Türkiyənin bu əraziləri ilə bağlı həyəcan siqnalı: "Təhlükə yaxınlaşır"

Türkiyənin bu əraziləri ilə bağlı həyəcan siqnalı: "Təhlükə yaxınlaşır" Dünya

Türkiyənin Çanaqqala vilayətinin Ayvacık rayonu sahillərində ard-arda baş vermiş iki zəlzələ vətəndaşlar arasında narahatlıq yaradıb.

News24.az xəbər verir ki, AFAD-ın məlumatına görə, ilk yeraltı təkan Egey dənizində, saat 10:12-də, 13,61 kilometr dərinlikdə qeydə alınıb və maqnitudası 4 olub.

Cəmi 5 dəqiqə sonra, saat 10:17-də eyni bölgədə ikinci zəlzələ baş verib. Onun dərinliyi 13,19 kilometr, maqnitudası isə 3,7 olaraq ölçülüb.

Tanınmış seysmoloq Prof. Dr. Naci Görür sosial media hesabında açıqlama verərək bildirib ki, hər iki zəlzələ Şimali Anadolu qırılma xəttinin cənub qolu boyunca meydana gəlib. O əlavə edib ki, yeraltı təkanlar Edremit qırılma zonasına paralel bir xətt üzrə baş verib və bu, bölgədə seysmik aktivliyin artdığını göstərir.

Mütəxəssislər bildirirlər ki, son aylarda bölgədə aparılan geoloji tədqiqatlar zamanı xəndəklər qazılaraq qırılma xətləri araşdırılıb və zəlzələ riski yüksək olan iki rayon müəyyən edilib.

Hazırda təhlükə səviyyəsinin artması ilə bağlı vəziyyət AFAD və yerli idarəetmə qurumları tərəfindən yaxından izlənir.