Türkiyədə mədən faciəsi - Ölənlər var

Türkiyədə mədən faciəsi - Ölənlər var Dünya

Türkiyənin Manisa vilayətinin Soma rayonunda yerləşən mədəndə uçqun baş verib.

News24.az xəbər verir ki, ilkin məlumatlara görə, hadisə zamanı mədəndə 7 işçi olub.

Onlardan 2-si xilas edilib, 2 işçi isə həlak olub.

Digər işçilərin çıxarılması üçün axtarış-xilasetmə işləri davam etdirilir.