SON DƏQİQƏ: Türkiyəyə məxsus daha bir təyyarə qəzaya uğradı, ölən var – Yenilənib
Dünya
Türkiyəyə məxsus yanğınsöndürmə təyyarəsinin qalıqları tapılıb, pilot həlak olub.
News24.az xəbər verir ki, bu barədə Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri İbrahim Yumaklı məlumat paylaşıb.
“Xorvatiyada rabitə əlaqəsi kəsilən Meşə Təsərrüfatı Baş İdarəsinə məxsus yanğınsöndürmə təyyarəmizin qalıqları Senj şəhəri yaxınlığında aşkar edilib. Bu faciəvi qəzada həlak olan pilota Allahdan rəhmət, ailəsinə və yaxınlarına səbr diləyirəm. Meşəçilik təşkilatımıza və böyük xalqımıza başsağlığı verirəm”, – nazir qeyd edib.
**
Türkiyəyə məxsus yanğınsöndürmə təyyarəsinin qalıqları tapılıb.
News24.az xəbər verir ki, məlumata görə, pilot qəza zamanı həlak olub.
**
Türkiyəyə məxsus daha bir təyyarə ilə əlaqə kəsilib.
News24.az xəbər verir ki, bu barədə Türkiyə Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyi məlumat yayıb.
İki ədəd yanğınsöndürən təyyarə Xorvatiyadan qayıdırmış və onlardan biri hava limanına eniş etsə də, digəri radarlardan itib.