Tuska sərt ittiham: “Diktator olduğunu nümayiş etdirdi”

Tuska sərt ittiham: “Diktator olduğunu nümayiş etdirdi” Dünya

Polşada hökumətlə prezident administrasiyası arasında siyasi gərginlik davam edir. Prezident Karol Navrotskinin mətbuat katibi Rafal Leskieviç Baş nazir Donald Tusku Konstitusiya Məhkəməsi ilə bağlı baş verənlərə görə sərt tənqid edib.

News24.az xəbər verir ki, bu barədə “RMF24” məlumat yayıb.

Leskieviç bildirib ki, Tusk cümə günü baş verən hadisələrdə özünü diktator kimi aparıb.

“Donald Tusk diktator olduğunu nümayiş etdirdi. O, Konstitusiya Məhkəməsinə polis dəyənəkləri ilə daxil oldu”, – deyə prezidentin sözçüsü qeyd edib.

O, Polşada yaranmış siyasi böhranı hərbi vəziyyətin tətbiqi ilə müqayisə edib. Leskieviçin sözlərinə görə, hazırkı vəziyyətlə hərbi vəziyyət arasındakı yeganə fərq küçələrdə tankların olmamasıdır.

Qeyd edək ki, bu fikirlər prezident administrasiyasının nümayəndəsinin siyasi qiymətləndirməsidir.