"Twitter" növbəti dəfə çökdü

"Twitter" növbəti dəfə çökdü Dünya
"Twitter"də növbəti dəfə böyük problem yaranıb.

News24.az xəbər verir ki, dünya üzrə ən azı 15 min istifadəçi sosial şəbəkəyə daxil və onun funksiyalarından istifadə edə bilməyib.

İnternet xidmətlərinin və saytların nasazlıqlarını izləyən məşhur “Downdetector” resursunun statistikasına əsasən, dekabrın 28-də ABŞ-dan 10 mindən çox, Yaponiya və Böyük Britaniyadan ümumilikdə 5 minə yaxın "Twitter" istifadəçi şikayət edib.

Twitter jurnalistlərin sorğularına hələ cavab verməyib.

Platformanın yeni sahibi İlon Mask isə istifadəçi şikayətlərinə cavab olaraq, öz səhifəsində qısa şəkildə "məndə işləyir" yazıb. 

Teymur Məmmədov