"Twitter"ə yeni funksiya gələcək

"Twitter"ə yeni funksiya gələcək Dünya
Sosial media platforması olan "Twitter" "Qeydlər" adlı yeni funksiyasını sınaqdan keçirdiyini açıqlayıb. Bu funksiya ilə istifadəçilər 2500 sözdən ibarət mətnləri paylaşa biləcəklər.

News24.az-ın məlumatına görə, "Twitter" postları hazırda 280 simvolla məhdudlaşır.

Sınaqlar iki ay ərzində Kanada, Qana, Böyük Britaniya və ABŞ-da keçiriləcək.