"Twitter"in yaradıcısı koronavirusla mübarizəyə - 1 MİLYARD DOLLAR AYIRDI

"Twitter"in yaradıcısı koronavirusla mübarizəyə - 1 MİLYARD DOLLAR AYIRDI Dünya
"Twitter" sosial şəbəkəsinin yaradıcısı Cek Dorsey koronavirus pandemiyası ilə mübarizə üçün sərvətinin üçdə birini ianə edəcək.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, C.Dorsey infeksiyaya qarşı mübarizədə qlobal yardımı maliyyələşdirmək üçün "Square"nin səhmlərindəki bir milyard dolları (sərvətinin təxminən 28%-i) "Start Small" məhdud məsuliyyətli cəmiyyətə yönəltdiyini bildirib.

Dorsey, epidemiya bitdikdən sonra fondun qızların sağlamlığı və təhsillərinə dəstək verməyə başlayacağını bildirib.