Təyyarənin tualetində qorxunc məktub tapıldı – Sərnişin saxlanıldı
Dünya
Mumbaya uçan “Air India” təyyarəsinin reysi qaçırılmaq hədəsin' görə saatlarla gecikib.
News24.az xəbər verir ki, Kəlküttə hava limanında təyyarənin tualetində onun qaçırılacağı ilə bağlı təhdid məktubu aşkarlanıb.
Stüardessa təyyarənin tualetini yoxlayarkən əl ilə yazılmış məktub tapıb. Məktubda təyyarənin saat 11:10-da qaçırılacağı bildirilib.
Bundan sonra təhlükəsizlik qüvvələri dərhal yoxlamalara başlayıb. Təyyarədən 105 sərnişin təxliyə edilib, layner isə ətraflı yoxlama üçün təcrid olunmuş əraziyə aparılıb.
Məktubu yazmaqda şübhəli bilinən sərnişin saxlanılaraq polisiə təhvil verilib.
Təhdidin yalan olduğu müəyyənləşdirilib.
Təhlükəsizlik tədbirləri başa çatdıqdan sonra təyyarə Mumbaya yola düşüb.