Üç ölkə kollektiv müdafiə memorandumu imzaladı

Üç ölkə kollektiv müdafiə memorandumu imzaladı Dünya

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında kollektiv müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı nəzərdə tutan memorandum imzalanıb.

News24.az xəbər verir ki, sənəd Məkkədə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə imzalanıb.

Birgə bəyanatda qeyd olunur ki, razılaşma üç ölkənin kollektiv təhlükəsizliyi daha da gücləndirmək öhdəliyini əks etdirir.

"Türkiye" qəzetinin məlumatına görə, memorandum çərçivəsində kəşfiyyat məlumatlarının mübadiləsi və regional təhlükəsizlik məsələləri üzrə koordinasiyanın gücləndirilməsi nəzərdə tutulur.