Uğursuz cəhddən sonra edamlar dayandırıldı
Dünya
ABŞ-ın Tennessi ştatında ölüm hökmünün icrası zamanı baş verən uğursuzluqdan sonra bütün edamlar ilin sonuna qədər dayandırılıb.
News24.az xəbər verir ki, ştatın qubernatoru Bill Li hadisədən “dərin narahatlıq” keçirdiyini bildirib və insidentlə bağlı müstəqil araşdırma aparılması barədə göstəriş verib.
1994-cü ildə qətldə təqsirli bilinərək ölüm hökmünə məhkum edilən 50 yaşlı Krista Paykın edamı çərşənbə axşamı həyata keçirilməyə çalışılıb. Lakin proses zamanı problem yaranıb və Paykın vəziyyəti ağırlaşıb. Onun ölümcül inyeksiyanın ikiqat dozasını qəbul etdikdən sonra təxminən 40 dəqiqə sağ qaldığı və nəfəs almaqda çətinlik çəkdiyi bildirilib.
Paykın vəkili Rendi Spivinin sözlərinə görə, edam zamanı ümumilikdə yeddi iynədən istifadə olunub və onlardan biri çıxarılarkən əyilib.
Vəkil bildirib ki, Payk hazırda xəstəxanadadır və tibbi yardım alır. Onun hazırkı vəziyyəti və proqnozu barədə ətraflı məlumat verilməyib.