Uitkoff və Kuşner Rusiyaya səfər edəcəklər

Uitkoff və Kuşner Rusiyaya səfər edəcəklər Dünya

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və onun kürəkəni Cared Kuşnerin Kiyev və Moskvaya səfəri gündəmdədir.

News24.az xəbər verir ki, TASS-a açıqlama verən mənbənin sözlərinə görə, onların səfəri qarşıdakı 10 gün ərzində baş tuta bilər.

Xatırladaq ki, iyulun sonunda Qərb mətbuatında Uitkoff və Kuşnerin yaxın zamanda Kiyevə gedə biləcəyi barədə məlumat yayılıb.