Ukayna nəyə görə Aİ-na üzv ola bilməz – - SENSASİON AÇIQLAMA
Dünya
Avropa Komissiyasının (AK) keçmiş sədri Jan-Klod Yunker hesab edir ki, Ukrayna Avropa İttifaqına (Aİ) üzv ola bilməz.
News24.az-ın "TASS"-a istinadən məlumatına görə, o qeyd edib ki, Aİ-na üzv olmaq üçün genişmiqyaslı daxili islahatlara ehtiyacı var.
O, Augsburger Allgemeine qəzetinə müsahibəsində bildirib ki, Aİ "qismən üzvlük” üçün çalışmalıdır.
Avropa Şurasının rəhbəri etiraf edib ki, Ukrayna yalnız 2030-cu ildə Avropa İttifaqına üzv ola bilər.
Onun sözlərinə görə, Ukrayna Aİ-na üzvlük naminə dil hüquqları ilə bağlı güzəştlərə getməyə hazır olduğunu bəyan edib.
Yunker Ukrayna xalqına yalan vədlər verən və onları dərhal üzv ola biləcəklərini düşünərək aldadan bəzi qüvvələrə çox qəzəbli olduğunu qeyd edib.
O deyib ki, bu, nə Aİ, nə də Ukrayna üçün yaxşı olmaz.
Eyni zamanda o qeyd edib ki, Moldova və Ukrayna üçün Avropa perspektivi qorunmalıdır, lakin bunun bir gecədə baş verəcəyinə inam bəslənməməlidir.
Biz qismən üzvlük və sürətli genişlənmənin ağlabatan forması üçün çalışmalıyıq - deyə Yunker çıxışını yekunlaşdırıb.
Ülkər ABDURAHMANLI