Ukrayna Aİ-yə ultimatum verdi
Dünya
Ukrayna Avropa İttifaqına (Aİ) yalnız taxılı məhdudiyyətsiz ixrac etmək imkanı əldə edəcəyi təqdirdə qoşulmağa hazırdır.
News24.az xəbər verir ki, bu barədə ölkənin kənd təsərrüfatı naziri Taras Visotski “Politico” nəşrinə müsahibəsində bildirib.
O vurğulayıb ki, Kiyev müəyyən ərzaq məhsullarının Aİ ölkələrinə satışını daimi olaraq məhdudlaşdıran üzvlük modelini qəbul etməyəcək.
“Bizim üçün keçid dövrü ilə daimi məhdudiyyət arasında fundamental fərq var. Ukrayna birincisinə hazırdır. İkincisi isə Avropa İttifaqına tamhüquqlu üzvlüyün məntiqinə zidd olardı”, – deyə Visotski qeyd edib.
Onun sözlərinə görə, Ukrayna Aİ-nin üçüncü ölkələrdən idxaldan asılılığını azaltmağa və Avropa məhsul istehsalçılarına Qara dəniz vasitəsilə ixrac marşrutlarına daha yaxşı çıxış imkanı təmin etməyə kömək edə bilər.