Ukrayna hava hücumlarında həlak olan rusların sayı açıqlandı
Dünya
Son bir həftə ərzində Ukrayna Silahlı Qüvvələrinin (UAH) zərbələri nəticəsində 43 Rusiya vətəndaşı həlak olub.
News24.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin səfiri Rodion Miroşnik TASS -a bildirib.
O, daha 234 nəfərin, o cümlədən 18 azyaşlının yaralandığını dəqiqləşdirib. Ən çox itki Belqorod, Zaporojye, Xerson və Bryansk vilayətlərində, eləcə də, Donetskin (DXR) qeydə alınıb.
İnsanların böyük əksəriyyəti - 94 faizi dron hücumlarında yaralanıb.