Ukrayna helikopteri qəzaya uğradı, hərbi qulluqçular həlak oldu
Dünya
Rusiyanın pilotsuz uçuş aparatlarının (PUA) qarşısının alınması üzrə tapşırıq yerinə yetirilərkən "Mi-8" helikopteri qəzaya uğrayıb.
News24.az xəbər verir ki, hadisə nəticəsində dörd hərbi qulluqçu həlak olub.
Həlak olanlar: heyət komandiri kapitan Yuri Voron, şturman-təyyarəçi mayor Valentin Mukşinov, göyərtə texniki baş leytenant Boqdan Xmel və hava atıcısı kiçik çavuş Mixail Deryaqadır. Onların hamısı ordu aviasiyasının 16-cı əlahiddə "Brodi" briqadasında xidmət edirdilər./Oxu.az