Ukrayna ilə sərhəddəki iki hava limanı bağlandı - Polşada nə baş verir?

Ukrayna ilə sərhəddəki iki hava limanı bağlandı - Polşada nə baş verir? Dünya

Polşanın Lublin və Jeşuv hava limanları hərbi strukturların tələbi ilə mülki aviasiya üçün müvəqqəti bağlanıb.

News24.az xəbər verir ki, bu barədə ölkə üzərindəki hava hərəkətindən məsul olan Varşava Uçuş Məlumat Bölgəsinin idarəetmə mərkəzindəki mənbə məlumat verib.

“Lublin və Jeşuv hava limanları planlaşdırılmamış hərbi aktivliklə əlaqədar müvəqqəti bağlanıb”, – deyə mənbə bildirib.

Həmsöhbət planlaşdırılmamış hərbi aktivlik dedikdə konkret olaraq nəyin nəzərdə tutulduğunu açıqlamayıb.

Bildirilib ki, Ukrayna sərhədinə yaxın yerləşən hava limanlarının bağlanması təxminən bir saat davam edə bilər.