Ukrayna Krımda muzeyi vurdu

Ukrayna Krımda muzeyi vurdu Dünya

Ukrayna pilotsuz uçuş aparatlarının Krıma hücumundan sonra “Sevastopol Müdafiəsi Panoraması” muzeyində güclü yanğın baş verib.

News24.az xəbər verir ki, Sevastopolun rəhbəri Mixail Razvozjayev yanğın zamanı Frants Rubonun məşhur əsərinin məhv edildiyini bildirib.

Razvojayevin sözlərinə görə, muzeyə ciddi ziyan dəyib və yanğına mürəkkəblik üzrə 4-cü dərəcə verilib.

Hazırda hadisə yerində fövqəladə xidmət əməkdaşları çalışırlar.

“Vəziyyət son dərəcə mürəkkəbdir. Frants Rubonun böyük şah əsəri demək olar ki, tamamilə məhv olub”, – deyə o bildirib.

Franz Roubaud tərəfindən yaradılmış panorama Sevastopolun əsas simvollarından biri hesab olunur.

Binanın özü də əvvəllər, İkinci Dünya Müharibəsi zamanı aviasiya hücumları nəticəsində ciddi dağıntılara məruz qalıb. /Baza/