Ukrayna Moskva vilayətini vurdu - Ölənlər var
Dünya
Ukrayna Moskva vilayətinə pilotsuz uçuş aparatıları ilə hücum edib.
News24.az xəbər verir ki, bu barədə vilayət qubernatoru Andrey Vorobyov məlumat yayıb.
Məlumata görə, Ukraynanın hücumu nəticəsində azı 5 nəfər həlak olub, daha 6 nəfər yaralanıb.
Hücumun Moskva vilayətindəki Çexov şəhəri yaxınlığında baş verdiyi qeyd olunub.
Onun sözlərinə görə, hücumdan ən çox Çexov şəhərindən təxminən 74 kilometr cənubda yerləşən Novoselki kəndinin sənaye zonası zərər görüb.
"Təəssüf ki, həlak olanlar və yaralananlar var. Dünyasını dəyişənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm", – deyə qubernator bildirib.
Vorobyov əlavə edib ki, hücum nəticəsində bir neçə ərazidə, o cümlədən anbarlardan birində yanğın baş verib.
PUA qalıqlarının düşməsi nəticəsində elektrik yarımstansiyası və inzibati bina da zədələnib.