Ukrayna müdafiə nazirinin istefa səbəbi açıqlandı

Ukrayna müdafiə nazirinin istefa səbəbi açıqlandı Dünya

Ukraynanın müdafiə naziri Mixaylo Fedorovun vəzifəsindən azad edilməsinin səbəbi ilə bağlı yeni məlumat yayılıb.

News24.az xəbər verir ki, bu barədə "Ukrainskaya pravda" nəşrinin Prezident Volodimir Zelenski ilə keçirilən qapalı görüşdə iştirak edən mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, Fedorovun istefasına Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski ilə uzun müddətdir davam edən fikir ayrılığı səbəb olub.

Bildirilir ki, iki rəsmi arasında əsas mübahisə ordunun inkişafına yanaşma ilə bağlı olub. Fedorov müdafiə sahəsinin rəqəmsallaşdırılması və texnoloji layihələrin genişləndirilməsini prioritet hesab etdiyi halda, Sırski daha çox cəbhədəki bölmələrin ehtiyaclarının maliyyələşdirilməsinə üstünlük verirdi.

Mənbələrin sözlərinə görə, bu qarşıdurma Zelenskini ciddi narahat edib.

"Vəziyyət artıq absurd həddə çatmışdı. Sırski deyirdi ki, Fedorov konkret hərbi əməliyyatlar üçün vəsait ayırmır. Fedorov isə cavab verirdi ki, bütün maliyyə ayrılıb, sadəcə həmin vəsaitdən düzgün istifadə olunmur. Bu mübahisə davamlı şəkildə təkrarlanırdı", – deyə mənbə Zelenskinin sözlərini sitat gətirib.