Ukrayna münaqişəsi Avropaya 1 trilyon zərbə vurub

Ukrayna münaqişəsi Avropaya 1 trilyon zərbə vurub Dünya

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar Avropa üçün ciddi siyasi və maliyyə nəticələrinə səbəb olub.

News24.az xəbər verir ki, nazirin sözlərinə görə, Ukrayna münaqişəsi Avropaya ümumilikdə 1 trilyon avrodan çox maliyyə vəsaitinə başa gəlib. Fidan vurğulayıb ki, bu, həm iqtisadi sabitliyə, həm də regiondakı siyasi balanslara təsir göstərən rekord göstəricidir.

Qeyd edək ki, Avropa Rusiyaya qarşı yüzlərlə sanksiya paketi tətbiq edib və enerji böhranı, inflyasiya, tədarük zəncirlərindəki problemlər qitə ölkələrinin büdcələrinə ciddi yük yaradıb.