Ukrayna münaqişəsi sona yaxınlaşıb – Hakan Fidan
Dünya
Ukrayna ilə bağlı sülh danışıqları qaçılmazdır və bu görüşlər Türkiyədə baş tuta bilər.
News24.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bəyan edib.
Onun sözlərinə görə, tərəflər arasında davam edən qarşıdurma hazırda sona ən yaxın mərhələyə daxil olub və diplomatik yolun açılması artıq zərurətə çevrilir.
Nazir hesab edir ki, hazırkı vəziyyət danışıqlar üçün əlverişli mühit formalaşdırır və Ankara mümkün vasitəçi kimi öz rolunu oynamağa hazırdır.