Ukrayna rəsmisi Cənubi Koreyanın ittihamlarına cavab verdi
Dünya
Kiyevin Şimali Koreya hərbçilərinin Cənubi Koreyaya verilməsi məsələsini məxfi saxlamaqla bağlı Seulla hər hansı razılaşması olmayıb.
News24.az xəbər verir ki, bunu deyən Ukrayna Prezident Administrasiyasının müşaviri Dmitri Litvin Cənubi Koreya Prezidenti Li Çje Myunun Kiyevin razılaşmanı pozması ilə bağlı ittihamlarını təkzib edib.
Litvin bildirib ki, Ukrayna ilə Cənubi Koreya arasında belə bir razılaşma mövcud olmayıb.
“Belə bir razılaşma yox idi, bu, doğru deyil”, – deyə o bildirib.
Müşavir, həmçinin hərbi əsirlərin təhvil verilməsi ilə bağlı məlumatların gizli saxlanılmasının beynəlxalq hüququn tələblərinə zidd olduğunu vurğulayıb.