Ukrayna Rusiyada daha bir zavodu vurdu
Dünya
Ukrayna hərbçiləri Rusiyanın Voronej şəhərində yerləşən yarımkeçirici cihazlar, inteqral mikrosxemlər və güc modullarının istehsalı üzrə aparıcı müəssisələrdən biri hesab edilən "VZPP-S" zavoduna zərbə endiriblər.
News24.az xəbər verir ki, bu barədə “Exilenova+” monitorinq kanalı məlumat yayıb.
Məlumata görə, müəssisədə X-101 qanadlı raketləri, "İsgəndər-K" və "Kalibr" raket kompleksləri, həmçinin S-400 hava hücumundan müdafiə sistemləri və "Pantsir" zenit-raket kompleksləri üçün elektron komponentlər istehsal olunur.
Zərbə ilkin ehtimala əsasən “Storm Shadow” raketləri ilə endirilib.
Zavod əməkdaşlarının vaxtında təxliyə olunmasına imkan olmayıb. Hücum nəticəsində ölən və ya yaralananların olub-olmaması barədə hələlik məlumat yoxdur.
Qeyd edək ki, bundan əvvəl Voronej vilayətinin qubernatoru Aleksandr Qusev bölgədə raket təhlükəsi elan edildiyini bildirib. Rusiya rəsmiləri zavoda hücumla bağlı hələlik rəsmi açıqlama verməyiblər.