Ukrayna Rusiyanı PUA-larla vurdu - Güclü yanğın başladı

Ukrayna Rusiyanı PUA-larla vurdu - Güclü yanğın başladı Dünya

Ukrayna Rusiyanın Penza vilayətinə PUA-larla zərbələr endirib.

News24.az xəbər verir ki, zərbələr ölkənin məşhur onlayn mağazası olan "Wildberries"-in anbarına edilib.

Bu barədə vilayətin qubernatoru Oleq Melniçenko “Max” mesencerindəki kanalında məlumat verib.

"Düşmənin pilotsuz uçuş aparatları tərəfindən "Wildberries" anbarına terror hücumu həyata keçirilib. İlkin məlumata görə, bir nəfər xəsarət alıb, təxminən 200 əməkdaş təxliyə olunub", – deyə Melniçenko yazıb.

O bildirib ki, hadisə yerinə təcili tibbi yardım briqadaları, yanğınsöndürənlər, Fövqəladə Hallar Nazirliyinin qüvvələri və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

"Anbarın ərazisində yanğın müşahidə olunur, yanğınsöndürənlər alovun söndürülməsi istiqamətində iş aparırlar", – deyə qubernator əlavə edib.