Ukrayna Rusiyanın ən böyük neft zavodunu vurdu

Ukrayna Rusiyanın ən böyük neft zavodunu vurdu Dünya

İyulun 31-nə keçən gecə Ukraynaya məxsus pilotsuz uçuş aparatları Rusiyanın Volqoqrad vilayətinə kütləvi hücum həyata keçirib.

News24.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Andrey Boçarov məlumat verib.

Onun sözlərinə görə, gecə saatlarında PUA zərbələri nəticəsində Volqoqradın cənubunda yerləşən yanacaq-energetika kompleksinə aid sənaye müəssisəsində və Dzerjinski rayonundakı anbarlarda yanğın baş verib.

Bundan başqa, Volqoqradda çoxmənzilli yaşayış binası və Krasnoarmeyski rayonunda fərdi ev zərər görüb. Beş nəfər xəstəxanaya yerləşdirilib.

“Wildberries” şirkəti də logistik mərkəzlərindən birinin hücuma məruz qaldığını təsdiqləyib.

Şirkətin açıqlamasına görə, obyektdə yanğın baş verib və hadisə yerində yanğınsöndürənlər işləyirlər.

İlkin məlumata əsasən, xəsarət alan yoxdur.

“Astra” nəşrinin məlumatına görə, hücuma məruz qalan digər obyekt "Lukoyl-Volqoqradneftqazemalı" neft emalı zavodu olub.

İllik 14,8 milyon ton neft emal etmək gücünə malik olan zavod may ayının sonunda da PUA hücumuna məruz qalmış və fəaliyyətini müvəqqəti dayandırmışdı.