Ukrayna Rusiyanın Xəzər dənizindəki platformalarına zərbələr endirdi
Dünya
Ukrayna Silahlı Qüvvələrinin bölmələri Rusiyanın Xəzər dənizindəki iki qazma platformasına zərbələr endirib.
News24.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
"Qazma platformaları Xəzər dənizinin şimalında, döyüş xəttindən təxminən min kilometr məsafədə yerləşir və Rusiya ordusunun yanacaq və sürtkü yağları ilə təminatında mühüm halqadır".