Ukrayna səfiri Bolqarıstan XİN-ə çağırıldı

Ukrayna səfiri Bolqarıstan XİN-ə çağırıldı Dünya

Bolqarıstan Xarici İşlər Nazirliyi Ukraynanın ölkədəki səfiri Olesya İlaşuku pilotsuz uçuş aparatının Bolqarıstan hava məkanına daxil olması ilə bağlı izahat vermək üçün çağırıb.

News24.az xəbər verir ki, hadisə avqustun 8-də səhər saatlarında baş verib.

Bolqarıstanın Müdafiə Nazirliyi Rumıniya tərəfdən ölkə hava məkanına daxil olaraq partlayan dronun Ukraynaya məxsus “Maya” aparatı olduğunu müəyyən edib.

Dron Kardam bölgəsində, keçmiş sərhəd-keçid məntəqəsindən 200 metr, Transbalkan qaz kəmərinin kompressor stansiyasından isə 1 kilometr məsafədə partlayıb.

Səfir ölkə xaricində olduğundan görüş avqustun 10-da keçiriləcək. (APA)