Ukrayna sərnişinlərin olduğu avtobusu vurdu - Ölənlər var
Dünya
Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) Donetsk Xalq Respublikası ərazisində avtobusa hücum edib.
News24.az xəbər verir ki, bu barədə region rəhbəri Denis Puşilin “Max”dakı kanalında məlumat verib.
İBildirib ki, ikin məlumata görə, hadisə nəticəsində 7 nəfər həlak olub, 11 nəfər yaralanıb.
“Yenakiyevo şəhərində “Moskva — Simferopol” marşrutu üzrə hərəkət edən sərnişin avtobusu zərbə PUA-sının hücumuna məruz qalıb. İlkin məlumata görə, yeddi mülki şəxs həlak olub”, — deyə Puşilin yazıb.
Yaralılara tibbi yardım göstərilir.